Abstract

Preventive measures aimed at reducing the prevalence of major dental diseases among the population are implemented in various ways. Throughout human history, the health of the teeth and gums has always been linked to the care of the oral cavity. Oral hygiene plays a leading role in the local prevention of dental diseases.

Full article

Əhali arasında əsas stomatoloji xəstəliklərin azaldılması məqsədi ilə aparılan profilaktik tədbirlər müxtəlif yollarla həyata keçirilir. Bəşəriyyət tarixində həmişə dişlərin və damağın sağlamlığı ağız boşluğuna qulluqla əlaqələndirilib. Stomatoloji xəstəliklərin yerli profilaktikasında ağız boşluğunun gigiyenası aparıcı rol oynayır.

Ağız boşluğuna və dişlərə qulluq etməyin tarixi çox qədimlərə təsadüf edir. Qədim Misir ərazisində aparılan arxeoloji qazıntılar zamanı qəbirlərdən tapılan ağac budaqcıqlarının dişlərin təmizlənməsi üçün istifadə edilməsi ehtimal olunur.

Onu qeyd etmək çox yerinə düşər ki, müsəlman dünyasına eramızdan əvvəl ağız boşluğunun gigiyenasının vacibliyini təbliğ edən Məhəmməd peyğəmbər olmuşdur. İslam dini insanlara sağlam şüurla yanaşı bədənin də sağlam, təmiz saxlanmasına riayət etməyi təbliğ edir və öyrədir. Müqəddəs kitabımız Quranda göstərilən çoxsaylı tələblərdən biri də ibadətdən öncə (yəni gündə 15 dəfə) ağız boşluğunun təmizlənməsidir. Peyğəmbərimizin təklif etdiyi dişlərin təmizlənməsi üçün xüsusi ağacın budaqlarından istifadə etmək, damaqları barmaqla masaj etmək və başqa çoxsaylı ənənələr bu gün də öz əhəmiyyətini saxlayır.

Figures

Keywords

References

Article Info:

Publication history

Published: 15.Dec.2001

Copyright

© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Qafqazın Stomatoloji Yenilikləri

Viewed: 3