Abstract

Şəxsi gigiyenanın orqanizmin sağlamlığında əhəmiyyətli rolu haqda ədəbiyyat məlumatları çox genişdir. Bunun ayrılmaz bir hissəsi ağız boşluğuna və dişlərə qulluqdur.

Full article

Şəxsi gigiyenanın orqanizmin sağlamlığında əhəmiyyətli rolu haqda ədəbiyyat məlumatları çox genişdir. Bunun ayrılmaz bir hissəsi ağız boşluğuna və dişlərə qulluqdur. Tədqiqatçılar ağız boşluğunda çoxlu sayda formasına və tərkibinə görə müxtəlif mikroorqanizmlər müşahidə etmişlər. Ağız boşluğunun optimal temperaturu, nəmliyi, dişlərin arasında və çuxurluqlarında, selikli qişa büküşlərində yığışıb qalan qida qalıqları mikrobların artması və yayılması üçün çox münbit şəraitdir.

Ağız boşluğuna qullub etməyən insanlardan götürülmüş diş ərpinin 1 mq-nın mikroskopik öyrənilməsi zamanı 700-900 milyon müxtəlif mikroorqanizmlər müşahidə olunmuşdur. Hal-hazırda ağız bolşuğunda xəstəlik törədən bakteriyalardan başqa çoxlu sayda saprofitlər - yəni insan orqanizminə zərərsiz mikroorqanizmlərin də olması təsdiq edilmişdir.

Bununla yanaşı xeyirli mikroorqanizmlər də var ki, bunlar müxtəlif vitaminlər hasil edirlər ki, bu insan orqanizminin həyat fəaliyyəti üçün vacibdir və həm də bəzi Ağız boşluğuna qulluq və şəxsi gigiyena xəstəlik mikroblarının aktivliyini azaldır, yaxud məhv edir. Mikroorqanizmlər ağız boşluğunun müxtəlif yerlərində eyni olmur. Bunlar ən çox karies boşluğunda, dişlərin arasında yığılır. Dilin üzərində də çoxlu bakteriyalara rast gəlinir ki, bunlar da insanlar asqıran, öskürən və bəzən danışan zaman ağız suyu vasitəsilə ətrafa yayıla bilər. Bir çox infeksion xəstəliklər bu yolla yayılır. Ağız boşluğunun xəstəlik törədən mikroorqanizmləri mədə-bağırsaq yollarına düşməklə həmin üzvlərin xəstəliyinə səbəb olurlar. Ona görə də şəxsi gigiyena, o cümlədən ağız boşluğuna qulluq, orqanizmin sağlamlığı üçün çox böyük əhəmiyyət kəsb edir.

Figures

Keywords

References

Article Info:

Publication history

Published: 15.Dec.2002

Copyright

© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

QAFQAZAN STOMATOLOJI YENİLİKLƏRİ

Viewed: 1