Abstract

Among dental conditions, dentofacial anomalies are the most prevalent, following dental caries and periodontal diseases. The majority of dentofacial anomalies require orthodontic treatment. Orthodontic treatment is carried out using removable and fixed orthodontic appliances.

Full article

Stomatoloji xəstəliklər arasın- Sda karies və parodont xəstəliklərindən sonra ən çox yayılanı diş-çənə anomaliyalarıdır. Diş-çənə anomaliyalarının əksəriyyətinin ortodontik müalicəyə ehtiyacı var. Ortodontik müalicə çıxan ve çıxmayan ortodontik aparatların köməyi ilə həyata keçirilir. Diş-çənə anomaliyalarının əksəriyyətinin ortodontik müalicəyə ehtiyacı var. Ortodontik müalicə çıxan ve çıxmayan ortodontik aparatların köməyi ilə həyata keçirilir. Diş-çənə anomaliyalarının müalicəsində istifadə olunan çıxan ve çıxmayan ortodontik aparatların ağız boşluğu toxumalarına zərərli təsirləri və fəsadları haqda müəyyən tədqiqatlar aparılmışdır (D.A. Kalvelis və b., 1982; V.Q.Suntsov, V.A.Distel, S.K.Benkovskaya 1987; A.V.Apostolova və b., 1989; M.P.Vodolatski, Y.D.Xristoforando 1989; Q.B.Ospanova, O.Y.Abramova 1998, İ.M. Repujinski və b. 2000; və s.). Bu fəsadlardan ən çox təsadüf olunanı çıxan ortodontik aparatdan istifadə edənlərin protez yatağında selikli qişanın iltihabıdır (40-70%).

Bunun əmələ gəlməsinin əsas səbəbi yerli faktorlardır ki, onlar da bilavasitə çıxan protezin bazisinin materiallarının ağız boşluğu selikli qişasına mexaniki, termiki, allergik və toksiki təsirindən ibarətdir. Ortodontik müalicə zamanı əmələ gələn fəsadlardan biri də marginal periodontda yaranan patoloji dəyişikliklərdir. Çıxmayan ortodontik konstruksiyalardan (breket-sistem və s.) istifadə edənlərin diş minasının müəyyən nahiyələrinin demineralaşması və kariesin intensivliyinin artması bu qəbildən olan fəsadlardır.

Figures

Keywords

References

Article Info:

Publication history

Published: 15.Jul.2004

Copyright

© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Caucasian Dental News

Viewed: 4