Abstract

Over the past 6–7 years, doctors in the country have come to realize a clear truth: if they do not strive to enhance their professional knowledge and master modern dental technologies, they will face serious difficulties in their clinical practice. Today, a doctor must be well-informed about the latest innovations in both equipment and pharmaceutical products. Continuous professional development is essential. Furthermore, given the rapidly expanding private sector, the advantages of this sector—driven by healthy competition— are entirely evident. Specialists working in private clinics constantly seek to improve their treatment methods, as this enables them to maintain their leading positions in the medical services market.

Full article

Son 6-7 ildə respublikada həkimlər birmənalı şəkildə anladılar ki, əgər onlar öz peşəkar biliklərini təkmilləşdirməyə, stomatologiya sahəsindəki müasir texnologiyalara yiyələnməyə çalışmasalar, işlərində ciddi problemlərlə üzləşəcəklər. Bu gün həkim həm texnika, həm də medikamentlər sahəsindəki ən yeni işləmələrdən xəbərdar olmalıdır. İnkişaf prosesi zəruridir. Fəal inkişaf edən özəl sektoru da nəzərə alsaq, sağlam rəqabət şəraitində onun üstünlüyü tamamilə aydındır. Özəl klinikalarda fəaliyyət göstərən mütəxəssislər müalicə metodlarını daim təkmilləşdirməyə can atırlar, çünki bu, onlara tibbi xidmətlər bazarında qabaqcıl mövqe tutmağa kömək edir.

Bu gün tibbi xidmətin səviyyəsi yalnız həkimin tibbi ixtisası ilə müəyyən edilmir. Bu məsələdə onun işlədiyi avadanlıq da mühüm rol oynayır və bu iki anlayış bir-biri ilə düz mütənasib asılılıqdadır. Avadanlıq da elmi-texniki tərəqqi ilə əlaqədar inkişaf edir. Bu gün yeni avadanlığı bir dəfə alıb illərlə istifadə etmək olmaz. Onu daha yeni, daha müasir avadanlıqla əvəz etmək lazımdır.

Figures

Keywords

References

Article Info:

Publication history

Published: 16.May.2005

Copyright

© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Caucasian Dental News

Viewed: 3