Abstrakt
Son illər respublikamızda həyata keçirilən demokratik dəyişikliklər, həyatımızın bütün sahələrini əhatə edən islahatlar, ictimai-siyasi sabitlik bir çox sahələrdə olduğu kimi stomatologiyada da uğurlar qazanılması üçün şərait yaratmışdır. Bütün bunlar möhtərəm Prezidentimiz H. Əliyevin gərgin əməyi sayəsində mümkün olmuşdur.
Əsas mətn
Son illər respublikamızda həyata keçirilən demokratik dəyişikliklər, həyatımızın bütün sahələrini əhatə edən islahatlar, ictimai-siyasi sabitlik bir çox sahələrdə olduğu kimi stomatologiyada da uğurlar qazanılması üçün şərait yaratmışdır. Bütün bunlar möhtərəm Prezidentimiz H. Əliyevin gərgin əməyi sayəsində mümkün olmuşdur. Azərbaycan Stomatoloji Assosiasiyasının yaradılması və FDİ-ya üzv olması məhz bunun nəticəsidir. 1997- ci ildə yaradılmış assosiasiya qısa müddət ərzində əlaqələrini genişləndirmiş, ətrafında bacarıqlı, gələcək işlərini beynəlxalq standartlara uyğun qurmağa çalışan stomatoloqları birləşdirmişdir.
Müstəqil dövlət kimi Azərbaycan Respublikası beynəlxalq aləmlə əlaqələrini durmadan genişləndirir. Azərbaycan Stomatoloji Assosiasiyası da bu sahədə geridə qalmamış, Beynəlxalq Stomatoloqlar Federasiyasına (FDI) üzvlüyə qəbul edilmişdir. 100-dən artıq ölkənin təmsil olunduğu bu təşkilatla Azərbaycanın gələcək əməkdaşlığı, sözsüz ki, respublikamızda həmin sahənin beynəlxalq standartlara uyğun inkişafına kömək göstərəcəkdir. Artıq Azərbaycan Stomatoloji Assosiasiyasının nümayəndələri federasiyanın keçirdiyi bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişlər.
Bundan başqa, Azərbaycan Stomatoloji Assosiasiyası bir neçə xarici şirkətlərlə də əməkdaşlıq əlaqələri yaratmışdır. Bütün dünyada tanınmış «Procter & Gamble» şirkəti ilə əlaqələrimiz artıq öz müsbət nəticələrini verməkdədir. 1998-1999-ci tədris ilindən başlayaraq indiyədək bu şirkətlə bərabər həyata keçirdiyimiz «Diş və ağız boşluğunun sağlamlığı» məktəb təhsil proqramı Bakı, Gəncə, Mingəçevir, Əli Bayramlı, Sumqayıt kimi şəhərləri əhatə etmişdir. Biz bu əlaqələri daha da genişləndirməyə çalışırıq.
Şəkillər
Açar sözlər
İstinadlar
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 15.Jan.2000
Müəllif hüququ
© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Baxılıb: 1


