Abstrakt

Hal-hazırda stomatologiyada və bütövlükdə səhiyyədə aparılan islahatlarda müəyyən mühakimələr və meyllər müşahidə edilir. Məsələn, dövlət stomatoloji müəssisələrinə alternativ olaraq fərdi sektorun əmələ gəlməsi və inkişafı; dövlət stomatoloji müəssisələrinin büdcədən maliyyələşmə imkanlarının azalması; təsərrüfat hesablı iş fəaliyyətinin artması və büdcənin ixtisarı ilə əlaqədar olaraq dövlət stomatoloji müəssisələrinin müstəqilliyinin və sərbəstliyinin artması; dövlət stomatoloji müəssisələrinin əksəriyyətinin rəhbərlərinin şəxsi məqsədlər üçün köhnə statuslarını qoruyub saxlamaq istəyi; dövlət stomatoloji müəssisələri və şəxsi klinikalar arasındakı rəqabət və s.

Əsas mətn

Hal-hazırda stomatologiyada və bütövlükdə səhiyyədə aparılan islahatlarda müəyyən mühakimələr v meyllər müşahidə edilir. Məsələn, dövlət stomatoloji müəssisələrinə alternativ olaraq fərdi sektorun əmələ gəlməsi və inkişafı; dövlət stomatoloji müəssisələrinin büdcədən maliyyələşmə imkanlarının azalması; təsərrüfat hesablı iş fəaliyyətinin artması və büdcənin ixtisarı ilə əlaqədar olaraq dövlət stomatoloji müəssisələrinin müstəqilliyinin və sərbəstliyinin artması; dövlət stomatoloji müəssisələrinin əksəriyyətinin  rəhbərlərinin şəxsi məqsədlər üçün köhnə statuslarını qoruyub saxlamaq istəyi; dövlət stomatoloji müəssisələri və şəxsi klinikalar arasındakı rəqabət və s. Keçid dövründə səhiyyə idarələrində fərdi tibbi fəaliyyət üçün qanunverici aktların olmaması, köhnə əmrlərin və sərəncamların hal-hazırda işləməsi müasir şəraitə uyğunlaşmağı ləngidir. Göstərilən müxtəlif situasiyalardan belə nəticəyə gəlmək olar ki, indiki dövrdə düzgün istiqamət üçün stomatoloji müəssisələr şəbəkəsində struktur dəyişikliklərinin aparılmasına ehtiyac duyulur.

Məlumdur ki, stomatoloji xidmət: stamotoloji kabinetlər, rayon və şəhər poliklinikalarının stomatoloji şöbələri və stomatoloji poliklinikalarda göstərilir.

İndiyə qədər bu xidmət, demək olar ki, olduğu kimi qalır. Həmin müəssisələrin material-texniki bazası və avadanlıqları müasir dövrə uyğunlaşmır. Bütün bunlar dövlət stomatoloji müəssisələri şəbəkəsində islahatların müxtəlif variantları haqda fikir söyləməyə imkan verir. Belə ki, stomatoloji kabinetlərin müqəddəratını müxtəlif şəkildə həll etmək olar. Bəzi stomatoloji kabinetləri özəlləşdirmək, restrukturizasiya etmək, şəxsi kabinet kimi istifadə etmək olar. Məktəblərdə və digər uşaq müəssisələrindəki stomatoloji kabinetləri hər vasitə ilə qoruyub saxlamaq və onların büdcədən maliyyələşməsini təmin etmək lazımdır. Şəhər və rayon poliklinikalarının stomatoloji şöbəsini vəziyyətindən asılı olaraq, bəzi hallarda ayrıca stomatoloji poliklinikaya, əksər hallarda təsərrüfat hesablı stomatoloji şöbəyə çevirmək və özünü doğrultmadıqda isə şöbəni ləğv etmək məqsədəuyğundur.

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 15.Nov.2000

Müəllif hüququ

© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Qafqazın Stomatoloji Yenilikləri

Baxılıb: 1