Abstract
The International Dental Federation (FDI) was established in 1900 at the 3rd International Dental Congress in Paris, with the Frenchman Charles Godon elected as its first president. In his address to the Congress participants, the President of the French Republic, Jacques Chirac, noted with satisfaction that the FDI’s 100th Anniversary Congress was being held in Paris and that it was being led by another Frenchman, Jacques Monnon.
Full article
1900-cü ildə Parisdə stomatoloqların 3-cü Beynəlxalq Konqresində Beynəlxalq Stomatoloqlar Federasiyası (FDI) təşkil olunmuşdur və onun birinci prezidenti fransız Şarl Qodon seçilmişdir. FDI-in 100 illik Yubiley Konqresinin Parisdə keçirilməsi və ona başqa fransız Jak Monnonun rəhbərlik etməsi Fransa Respublikasının prezidenti Jak Şirakın Konqres iştirakçılarına müraciətinde məmnunluqla qeyd edildi. FDI-nın başlıca vəzifələrindən ən ümdəsi hər il üzv ölkələrin birində Stomatoloqların Beynəlxalq Konqresini keçirməkdir.
Bu gün dünyanın 125 ölkəsi FDI-nın nümayəndəsidir. FDI-nın daimi qərargahı Londonda yerləşir. 29 noyabr 2 dekabr 2000-ci il tarixdə Fransanın paytaxtı Paris şəhərində Konqres Sarayında Beynəlxalq Stomatoloqlar Assosiasiyasının 100- cü Yubiley Konqresi keçirildi. Konqresin açılış mərasimi 17000 yerlik "Omnisport-Bersi" salonunda təntənəli surətdə başladı. Açılışda şəxsən iştirak edən Fransa prezidenti Jak Şirakın təbrikindən sonra FDI-nın prezidenti Jak Monno məruzə ilə çıxış etdi və nümayəndələrin alqışları altında FDI-ya üzv ölkələrin dövlət bayraqları salona gətirildi. Sonra səhnəyə müxtəlif ölkələrdən gəlmiş uşaqlar, stomatoloqlar haqda təəssüratlarını öz çəkdikləri şəkillərlə nümayiş etdirdilər.
Konqresin dili fransız, ingilis, ispan, yapon, kitay dilləri idi. Konqresin təntənəli açılış mərasimi müxtəlif janrlarda çıxış edən artistlərin və fransıZ bədii rəqslərinin ifası ilə yekunlaşdı. Konqresin rəsmi açılış mərasimindən sonra proqrama uyğun olaraq müxtəlif salonlarda stomatologiyanın bütün aspektlərini əhatə edən elmi seminarlarda 450 məruzə dinlənildi. Konqres keçirilən müddət ərzində stomatoloji avadanlıqların, materialların və xüsusi ədəbiyyatların sərgisi də təşkil edilmişdir. Sərgidə 400 şirkət iştirak edirdi. Elmi seminarlar stomatologiyanın müxtəlif sahələrinə: endodontiya, parodontologiya, uşaq stomatologiyası, implantologiya, okklyüziya problemi, stomatologiya ətrafı məsələlərə və s. həsr olunmuşdur.
Figures
Keywords
References
Article Info:
Publication history
Published: 15.Jul.2001
Copyright
© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
Viewed: 3


