Abstrakt

1900-cü ildə Parisdə stomatoloqların 3-cü Beynəlxalq Konqresində Beynəlxalq Stomatoloqlar Federasiyası (FDI) təşkil olunmuşdur və onun birinci prezidenti fransız Şarl Qodon seçilmişdir. FDI-in 100 illik Yubiley Konqresinin Parisdə keçirilməsi və ona başqa fransız Jak Monnonun rəhbərlik etməsi Fransa Respublikasının prezidenti Jak Şirakın Konqres iştirakçılarına müraciətinde məmnunluqla qeyd edildi.

Əsas mətn

1900-cü ildə Parisdə stomatoloqların 3-cü Beynəlxalq Konqresində Beynəlxalq Stomatoloqlar Federasiyası (FDI) təşkil olunmuşdur və onun birinci prezidenti fransız Şarl Qodon seçilmişdir. FDI-in 100 illik Yubiley Konqresinin Parisdə keçirilməsi və ona başqa fransız Jak Monnonun rəhbərlik etməsi Fransa Respublikasının prezidenti Jak Şirakın Konqres iştirakçılarına müraciətinde məmnunluqla qeyd edildi. FDI-nın başlıca vəzifələrindən ən ümdəsi hər il üzv ölkələrin birində Stomatoloqların Beynəlxalq Konqresini keçirməkdir.

Bu gün dünyanın 125 ölkəsi FDI-nın nümayəndəsidir. FDI-nın daimi qərargahı Londonda yerləşir. 29 noyabr 2 dekabr 2000-ci il tarixdə Fransanın paytaxtı Paris şəhərində Konqres Sarayında Beynəlxalq Stomatoloqlar Assosiasiyasının 100- cü Yubiley Konqresi keçirildi. Konqresin açılış mərasimi 17000 yerlik "Omnisport-Bersi" salonunda təntənəli surətdə başladı. Açılışda şəxsən iştirak edən Fransa prezidenti Jak Şirakın təbrikindən sonra FDI-nın prezidenti Jak Monno məruzə ilə çıxış etdi və nümayəndələrin alqışları altında FDI-ya üzv ölkələrin dövlət bayraqları salona gətirildi. Sonra səhnəyə müxtəlif ölkələrdən gəlmiş uşaqlar, stomatoloqlar haqda təəssüratlarını öz çəkdikləri şəkillərlə nümayiş etdirdilər.

Konqresin dili fransız, ingilis, ispan, yapon, kitay dilləri idi. Konqresin təntənəli açılış mərasimi müxtəlif janrlarda çıxış edən artistlərin və fransıZ bədii rəqslərinin ifası ilə yekunlaşdı. Konqresin rəsmi açılış mərasimindən sonra proqrama uyğun olaraq müxtəlif salonlarda stomatologiyanın bütün aspektlərini əhatə edən elmi seminarlarda 450 məruzə dinlənildi. Konqres keçirilən müddət ərzində stomatoloji avadanlıqların, materialların və xüsusi ədəbiyyatların sərgisi də təşkil edilmişdir. Sərgidə 400 şirkət iştirak edirdi. Elmi seminarlar stomatologiyanın müxtəlif sahələrinə: endodontiya, parodontologiya, uşaq stomatologiyası, implantologiya, okklyüziya problemi, stomatologiya ətrafı məsələlərə və s. həsr olunmuşdur.

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 15.Jul.2001

Müəllif hüququ

© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Qafqazın Stomatoloji Yenilikləri

Baxılıb: 1