Abstract

It is well known to all dentists today that microorganisms present in the oral cavity can lead to the spread and development of infection within a clinical setting during the provision of dental care. Consequently, the thorough disinfection and subsequent sterilization of all instruments and components used during treatment remain a crucial aspect of preventing healthcare-associated infections.

Full article

Bu gün bütün həkim-stomatoloqlara məlumdur ki, ağız boşluğunda yerləşən mikroorqanizmlər stomatoloji yardım göstərilən zaman klinikada infeksiyanın yayılmasına və inkişaf etməsinə səbəb ola bilər. Ona görə də müalicə prosesində istifadə edilən bütün işçi komponentlərinin keyfiyyətli dezinfeksiyası və ardıcıl sterilləşdirilməsi xəstəxanadaxili infeksiyaların profilaktikasının vacib aspektlərindən olaraq qalmaqdadır.

Son dövrlərdə həkimlər virusoloqlar və infeksionistlər bəzi stomatoloji klinikalarda əvvəllər müalicə olunmamış A və C viruslu hepatitli həmçinin əvvəllər müalicə almış ançaq infeksion nəzarətdə olan B viruslu hepatiti və vərəm xəstəliyi olan pasiyentlərlə qarşılaşırlar. Ən qorxulusu budur ki, həkimlər bu virusların dəyişilmiş müxtəlif formalarına və dünyanın müxtəlif regionlarından gətirilmiş başqa infeksion xəstəliklərə, məsələn tropik ölkələr üçün xarakterik olan, indi isə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə də tez-tez təsadüf edilən atipik formalı poliomielitlərə rast gəlmişlər. Vərəmin yayılması üzrə Ümumdünya Nəzarət Mərkəzinin göstəricilərinə əsasən ildə 8 milyona yaxın vərəmə yeni yoluxma halları və 3 milyona yaxın vərəmlə yanaşı gedən müxtəlif xəstəliklər qeydə alınır. Bu çox böyük rəqəmdir və təəssüf ki, o, bütün dünya üzrə, xüsusilə də "az inkişaf etmiş ölkələrdə" artmaqda davam edir.

Bu xəstəliklərin çoxillik dərman nəzarəti, onların müasir və güclü təsirə malik bir çox dərman preparatlarına qarşı rezistentliyini artırmış, xəstəliklərin törədicilərinin morfoloji quruluşunu dəyişdirmiş və bunun nəticəsində belə xəstəliklərin klinikasının atipik formasına gətirib çıxarmışdır.

Figures

Keywords

References

Article Info:

Publication history

Published: 15.May.2006

Copyright

© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

Qafqazın Stomatoloji Yenilikləri

Viewed: 3