Abstrakt
Bugün bütün həkim-stomatoloqlara məlumdur ki, ağız boşluğunda yerləşən mikroorqanizmlər stomatoloji yardım göstərilən zaman klinikada infeksiyanın yayılmasına və inkişaf etməsinə səbəb ola bilər. Ona görə də müalicə prosesində istifadə edilən bütün işçi komponentlərinin keyfiyyətli dezinfeksiyası və ardıcıl sterilləşdirilməsi xəstəxanadaxili infeksiyaların profilaktikasının vacib aspektlərindən olaraq qalmaqdadır.
Əsas mətn
Bu gün bütün həkim-stomatoloqlara məlumdur ki, ağız boşluğunda yerləşən mikroorqanizmlər stomatoloji yardım göstərilən zaman klinikada infeksiyanın yayılmasına və inkişaf etməsinə səbəb ola bilər. Ona görə də müalicə prosesində istifadə edilən bütün işçi komponentlərinin keyfiyyətli dezinfeksiyası və ardıcıl sterilləşdirilməsi xəstəxanadaxili infeksiyaların profilaktikasının vacib aspektlərindən olaraq qalmaqdadır.
Son dövrlərdə həkimlər virusoloqlar və infeksionistlər bəzi stomatoloji klinikalarda əvvəllər müalicə olunmamış A və C viruslu hepatitli həmçinin əvvəllər müalicə almış ançaq infeksion nəzarətdə olan B viruslu hepatiti və vərəm xəstəliyi olan pasiyentlərlə qarşılaşırlar. Ən qorxulusu budur ki, həkimlər bu virusların dəyişilmiş müxtəlif formalarına və dünyanın müxtəlif regionlarından gətirilmiş başqa infeksion xəstəliklərə, məsələn tropik ölkələr üçün xarakterik olan, indi isə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə də tez-tez təsadüf edilən atipik formalı poliomielitlərə rast gəlmişlər. Vərəmin yayılması üzrə Ümumdünya Nəzarət Mərkəzinin göstəricilərinə əsasən ildə 8 milyona yaxın vərəmə yeni yoluxma halları və 3 milyona yaxın vərəmlə yanaşı gedən müxtəlif xəstəliklər qeydə alınır. Bu çox böyük rəqəmdir və təəssüf ki, o, bütün dünya üzrə, xüsusilə də "az inkişaf etmiş ölkələrdə" artmaqda davam edir.
Bu xəstəliklərin çoxillik dərman nəzarəti, onların müasir və güclü təsirə malik bir çox dərman preparatlarına qarşı rezistentliyini artırmış, xəstəliklərin törədicilərinin morfoloji quruluşunu dəyişdirmiş və bunun nəticəsində belə xəstəliklərin klinikasının atipik formasına gətirib çıxarmışdır.
Şəkillər
Açar sözlər
İstinadlar
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 15.May.2006
Müəllif hüququ
© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
STOMATOLOGİYA HƏRTƏRƏFLİ BİR ELMDİR VƏ O, PEŞƏKAR YANAŞMA TƏLƏB EDİR
Baxılıb: 1


