Abstrakt

Klinik və eksperimental tədqiqatların nəticələrilə sübut olunmuşdur ki, diş kariesi dietadan asılı xəstəlikdir.

Əsas mətn

Klinik və eksperimental tədqiqatların nəticələrilə sübut olunmuşdur ki, diş kariesi dietadan asılı xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının (1986, 1992) məlumatlarına əsasən XX-əsrin ortalarında diş kariesi əhalisi aclıq səviyyəsində yaşayan ölkələrdə aşağı və əhalisi ən yüksək səviyyədə yaşayan ölkələrdə yüksək səviyyəрə olmuşdur. İkinci dünya müharibəsi dövründə Yaponiyada və İsveçrədə doğulan uşaqlarda kariesin intensivliyi aşağı səviyyədə olmuşdur. Hansı ki həmin dövrdə bu ölkələrdə əhali qida məhsullarının qıtlığından əziyyət çəkirdilər. Ağız boşluğunun toxumaları qida kompоnentlərinin qıtlığına çox həssasdırlar. Dişin sərt toxumasının strukturunun dəyərliliyinin qidalanmanın xarakterindən asılılığı sübut olunmuşdur. Rasional dietanın profilaktik əhəmiyyətini V.A.Zubkov 1978, İ.K.Lutskoy 1990 eksperimental tədqiqatlarla təsdiq etmişlər. Qida komponentlərinin ağız boşluğu orqanlarına təsiri ümumi və yerli biruzə verir. Ümumi təsiri qida komponentlərinin bütün üzv və toxumalara yayılması və sorulması nəticəsində, o cümlədən dişlərin inkişafında tüpürcəyin tərkibinin miqdar və keyfiyyətcə dəyişilməsilə. Qida komponentlərinin dişlərə yerli təsiri mikrofloranın metabolizminə tüpürcək ifrazının sürəti, tüpürcəyin miqdar və keyfiyyətinin təsir" mexanizmilə səciyyələnir. Qida kompоnentlərinin müxtəlif dövrlərdə dişlərin inkişafına təsiri iki yolladır: birinci ümumi dişlər çıxana qədər və ikinci yerli - dişlər çıxandan sonra.

Balanslaşdırılmış qidalanma ancaq orqanizmə daxil olan qidanın miqdarı ilə yox onun tərkibindən də asılıdır. Qəbul olunmuş qida kütləsi uşağın mədə-bağırsaq sisteminin adaptasiya imkanlarına və onun mübadilə proseslərinə uyğun olmalıdır. Dişlərin mayasının yarandığı və birincili minerallaşma gedən dövrdə qida maddələri dişlərin minerallaşma səviyyəsinə və toxumaların arxitektonikasının üzvi matriksinə təsir edə bilər. Qida maddələrinin çatışmazlığı tüpürcək vəzilərinin inkişafına təsir edir. Bu da sonralar dişlərin ikincili minerallaşmasının pozulmasına səbəb olur. (Navia J.M. 1973).

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 15.Mar.2003

Müəllif hüququ

© 2022-2026. Nəzəri, Klinik və Eksperimental Morfologiya Jurnalı. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Beynəlxalq Stomatoloqlar Federasiyasının Yubiley Konqresi

Baxılıb: 1